TƏDRİS MƏRKƏZLƏRİNƏ MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU ÜZRƏ İMTAHANA QEYDİYYATIN BİTMƏSİNƏ QALAN VAXT

MÜSTƏQİL QİYMƏTLƏNDİRMƏ MƏRKƏZİ

Ənənəvi (canlı) və ya online imtahan əldə etmək üçün Şəxsi kabinetinizi yaradın və ya daha öncədən yaratmısınızsa, birbaşa kabinetinizə daxil olun. Hər hansısa sualınız yaranarsa *1500 qaynar xəttimiz ilə əlaqə yarada bilərsiniz.

Şəxsi kabinet

İmtahan Nəticələri

Sınaq imtahanı tarixləri və mövzuları

İmtahan mövzularını görmək üçün müvafiq tarixi seçin.

X
BURAXILIŞ FƏNLƏRİ ÜZRƏ
XI
BLOK FƏNLƏRİ ÜZRƏ
Tədris mərkəzlərinə
müəllimlərin işə qəbul imtahanı

Haqqımızda

“Müstəqil Qiymətləndirmə Mərkəzi” MMC müxtəlif növ imtahanların, yarışmaların, müsabiqələrin təşkil edilməsi üçün yaradılmış özəl müəssisədir.

Müstəqil Qiymətləndirmə Mərkəzinin imtahanlarına qeydiyyat, nəticələrin elanı və dinamikasının izlənməsi, o cümlədən onlayn sınaq imtahanları mqm.az (və ya osim.az) saytı vasitəsilə həyata keçirilir.

İmtahanlar Azərbaycan, Rus və İngilis dillərində aparılır.

Şirkətin hüquqi məlumatı:

"MÜSTƏQİL QİYMƏTLƏNDİRMƏ MƏRKƏZİ" MMC, Hüquqi ünvan: Bakı Azərbaycan, Xətai rayonu, Vunq Tau küçəsi 54, mənzil 16. Vergi nömrəsi (VÖEN): 2005702891

Üstünlüklərimiz

  • İmtahan suallarının video izahlarını izləmə imkanı

  • Adlı imtahan kitabçalarına və şəxsi kabinetə sahib olma imkanı

  • Nəticələrinizi, cavab kartının təsvirini operativ şəkildə görmə imkanı

  • Əldə etdiyiniz bütün imtahanların suallarını sonradan izləmə imkanı

  • Dinamikanızı görə bilmək imkanı

  • Təklif və şikayətlərinizi operativ çatdırma imkanı - *1500 Çağrı mərkəzi

  • Yüksək nəticə göstərərək iştirakçılara sertifikat və müxtəlif hədiyyələr qazanma imkanı

Rəylər

Aydan Süleymanova I Magistratura Respublika Birincisi (Rus bölməsi)

Sınaqlar real imtahan şəraitinə uyğun tərtib olunur və iştirakçılara öz bilik və bacarıqlarını səmərəli şəkildə yoxlamaq imkanı yaradır. Nəticələrin operativ şəkildə və təhlillə birlikdə təqdim olunması mərkəzin peşəkarlığını sübut edir.

Elçin Behbudov I İlkin Academy

MQM ilə işlədiyimiz üçün çox şadıq. Şagirdlər bu sınaqda iştirak etməklə daha yüksək nəticələr əldə etməklərinə səbəb oldu belə ki, hər sınaqdan sonra şagirdlər hər bir fənn üzrə hansı mövzuların üzərində daha çox çalışacaqlarına qərar verir.

Rzaqulu Məmmədov I Qarant TM

Bu gün obyektiv və operativ qiymətləndirmə prosesinin təşkili təhsil sektorunda aktual məsələlərdən biridir. Bu mənada MQM Respublika səviyyəsində şagirdlərin biliyinin qiymətləndirilməsini həyata keçirən ən uğurlu təşkilatdır.

Əli müəllim I MAA Kafedra müdiri

08 iyun 2025 tarixində keçirilən, çox yüksək səviyyədə təşkil olunmuş Forumda iştirak etdikdən sonra MQM-nin gördüyü işlərin təsəvvür etdiyimdən də çox-çox dəyərli, gərəkli, təqdirəlayiq olduğunun fərqinə vardım. Sizə daha böyük uğurlar arzu edirəm.

Rafiq Hunaltay I Facemark

MQM-nin missiyası çox şərəflidir. Belə ki, şagirdlərin bilik və bacarıqlarını, səriştələrini müstəqil şəkildə qiymətləndirmələri üçün bir şərait yaranıb. Müasir və tam formatda şagirdlərə hətta valideynlərin nəzarətinə təqdim edilir.

Elşad Yunusov I BMU Kimya-Biologiya kafedrasının baş müəllimi

Müstəqil Qiymətləndirmə Mərkəzinin fəaliyyəti ölkəmizdə rəqabətliliyin artmasına, şagirdlərdə suallarla işləmə bacarığının inkişafına və öz növbəsində təhsil müəssisələrinin əməkdaşlığına müsbət töhfəsini verəcəkdir.

Fərid Mehtiyev I 300 bal (Buraxılış imtahanı)

MQM-nin sınaqları DİM modelinə uyğun olaraq hazırlanır, bu da onun ən böyük üstünlüyüdür. Bu sınaqlarda iştirak edərək imtahan ab - havası ilə tanış olmaq və gerçək imtahan mühitinə uyğunlaşmaq olar.

Əliəkbər Ağayev I 300 bal (Buraxılış imtahanı)

Müstəqil Qiymətləndirmə Mərkəzi sınaqlarında iştirak etmişəm. İmtahanda 2 dəfə yüksək bal topladım. İmtahanlarda vaxtımı düzgün bölməyi öyrəndim, özümə inamım artdı. Zəif və güclü tərəflərimi bildim və onun üzərində işlədim.

Fatimə Abbaslı I 300 bal (Buraxılış imtahanı)

MQM və OTK - nın birgə təşkil etdiyi sınaqlar haqqında müsbət fikirdəyəm. Deyə bilərəm ki, bu imtahanlar real imtahan şəraitinə çox yaxındır. MQM, OTK -sınaqları adətən hansı bölmədə zəif nəticə var, hansı sual növlərində səhvlər çoxdur onu göstərir.

Nihad Həsənov I 300 bal (Buraxılış imtahanı)

İmtahana 1 ay qalmış 270 bal yığmışdım. MQM və OTK imtahanı sayəsində zəif yerlərimi gördüm və 1 aya 30 bal yüksəldi balım.

Güllü Şirinova I 300 bal (Buraxılış imtahanı)

Sınaqlarda iştirak etmək mənə imtahanda həyəcanımı azaltmağa, vaxtımı düzgün bölməyə kömək etdi. Həmçinin mən sınaqlarda iştirak edərək çətinlik çəkdiyim mövzuları aşkarlayırdım.

Müzəffər Qoşqarov I 300 bal (Buraxılış imtahanı)

MQM və OTK -nın birgə təşkil etdiyi imtahanlarında mütəmadi olaraq iştirak etmək mənə real imtahanda vaxtı düzgün bölməyə, imtahana hazırlıq müddətində qazandığım biliklərimi möhkəmləndirməyə yardımçı oldu. MQM ailəsinə təşəkkürlərimi bildirirəm.

Raul Şirinli - 677 bal

4-cü qrup üzrə 677 bal topladım. İştirak etdikcə hansı fənn üzrə hansı mövzuda zəifliyim varsa bildim. Nə zaman nə sualım olsa müraciət etdikdə cavabladınız. Allah MQM heyyətindən razı olsun, bu keçid mərhələsində dəstək oldunuz. Təşəkkürlər!

Gülafət Hacıbabayeva - 679 bal

MQM imtahanlarında iştirak etməyim yeni tipli suallları dahada ətraflı düşünməyimi təmin etdi. Hər sualda hər bir ehtimalı nəzərə almağıma kömək etdi. Uğurlu nəticə əldə etmək istəyən hər bir abituriyentə MQM-ni məsləhət görürəm.

Ayxan Quluzadə - 683 bal

MQM imtahan sualları DİM-in keçirdiyi imtahan modelinə tam uyğun idi. Sınaqlarda 660-670 bal toplayırdım, qəbulda 683 bal topladım. Sizin komandanıza xüsusi təşəkkürlərimi bildirirəm. Çox sağolun diqqətiniz üçün.

Gülmirə Muxtarova I 319 nömrəli tam orta məktəbin direktoru

İmtahan-sağlam rəqabət və səviyyəli təhsilin başlanğıcıdır. Gözəl başlanğıca görə təşəkkürlər. Sizin təşkil etdiyiniz sınaqlar nəticəsində şagirdlər qəbul imtahanlarında daha sərbəst şəkildə və özünə inamla iştirak edirlər.

Mahir Zahidov I Muğan RTİ

Müstəqil Qiymətləndirmə Mərkəzinin keçirdiyi test imtahanları ölkəmizin istənilən bölgəsində yaşayan şagirdlər üçün əlçatan olması, sualların ümumtəhsilin dövlət standartlarında nəzərdə tutulan təhsilin məzmununu əhatə etməsi təqdirəlayiqdir.

Videolar

  • Niyə Müstəqil Qiymətləndirmə Mərkəzini seçməlisiniz?

  • Şəxsi kabinet yaratmaq

  • Balans artırmaq